“İnformasiya Texnologiyaları Komitəsi”nin başlıca vəzifələri aşagıdakılardan ibarətdir: 
  • Leyla Məmmədbəyli (sədr, İdarə Heyətinin sədri v.i.e),
  • Əziz Abdiyev (“İnformasiya texnologiyaları departamenti”nin direktoru),
  • Güldanə Aslanova (“Risklərin idarə edilməsi departamenti”nin direktoru).
Bank biznesinin  ümumi strategiyasına uyğun olaraq İT strategiyasını myəyyən edir və Müşahidə Şurasının təsdiqinə hazırlayır;  İT strategiyasına uyğun planlar hazırlayır;  alınmalı olan İT məhsullarını planlaşdırır və həcmini  müəyyən edir; nəzərdə tutulan aparat vasitələrinin biznesə zəruriliyi və xərclərin təhlilini  həyata keçirir; gələcəkdə alınacaq proqram paketlərinin zəruriliyi, mahiyyəti və xərclərin  təhlilini  həyata keçirir,  işə salınma  grafikini müəyyən edir; istifadə olunacaq proqram, aparat vasitələri və kommunikasiyaların ümumi strukturunu hazırlayır; bankin struktur vahidləri tərəfindən hazirlanan İT üzrə funksional tələbləri təhlil edir və onların bankin biznes planına uyğunluğunu yoxlayır və onların yerinə yetirilməsi xərclərini nəzərə almaqla effektivliyini qiymətləndirir; İT tələbləri üzrə zəruri olan İT məhsullarının  prioritetlərini müəyyən edir və konkret təklifləri onların büdcələri ilə birlikdə Müşahidə Şurasının təsdiqinə hazırlayır; yeni proqramlara və istifadə olunan proqramların yeni versiyalarına keçidin məlumatların konvertasiyasının strategiyasını  və metodologiyasını hazırlayır; İT təhlükəsizliyi üzrə ümumi siyasəti hazırlayır; İT üzrə procedurların hazırlanmasını təmin edir; proqramların  yaradılması mərhələləri, onların dəyişdirilməsi, onlara əlavələr  edilməsi və işlək vəziyyətdə saxlanması üzrə İT standartlarını təsdiq edir; IT üzrə bütün cari işlərə və onun üçün ayrılmış büdcənin yerinə yetirilməsinə nəzarət edir; bankda İT işinin daim təkmilləşdirilməsi üzrə təklifləri araşdırır; öz səlahiyyəti daxilində digər vəzifələri həyata keçirir.
 
 
“Aktiv və Passivlərin İdarə Edil­mə­si Komitəsi”:
 
1). Leyla Məmmədbəyli (sədr, İdarə Heyətinin sədri v.i.e),
 
2). Laçın Əliyev (İdarə Heyətinin üzvü);
 
2). Hürü Salxayeva (“Maliyyə menecmenti departamenti”nin direktoru),
 
3). Güldanə Aslanova (“Risklərin idarə edilməsi departamenti”nin direktoru),
 
4). Fərid Qəhrəmanov (“Xəzinədarlıq departamenti”nin direktoru),
 
APİK-in başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
 
1. Müşahidə Şurası tərəfindən təsdiq edilmiş qaydalara əsasən maliyyələşdirmə, likvidlik və bazar risklərinin idarə edilməsini həyata keçirmək;
 
2. likvidlik və valyuta mövqeyinin idarə edilməsi ilə bağlı normativ sənədlərə riayət edilməsinin monitorinqini həyata keçirmək və təhlil etmək;
 
3. Aktiv və passivlərin səmərəli idarə edilməsini təmin etmək;
 
4. Aktivlərin az riskli sahələr yönəldiliməsi ilə yüksək səmərəliliyini və gəlirliliyini təmin etmək;
 
5. Bankın likvidliyinin təmin edilməsi üzrə fəaliyyət göstərmək;
 
6. Aktiv və öhdəliklərin faizləri, cəlbetmə və yerləşdirmə mənbələri, faiz marja və spredləri barədə Müşahidə Şurası tərəfindən verilmiş limitlər çərçivəsində qərarlar qəbul etmək və Müşahidə Şurasına təkliflər vermək;
 
7. Bazarın konyukturasına uyğun olaraq, faizlərin dəyişdirilməsi üzrə təklifləri Müşahidə Şurası təqdim etmək və onun daim təkmilləşdirilməsini təmin etmək;
 
8. Xəzinədarlığın  səmərəli işləməsini təmin edən tədbirlər görmək.
 
“Risklərin İdarə Edil­mə­si Komitəsi”:
 
1). Fazil Hüseynov (sədr, Müşahidə Şurasının üzvü),
 
2). Şahin Quliyev (“Audit komitəsi”nin sədri, səsvermə hüququ olmadan).
 
3). Leyla Məmmədbəyli (İdarə Heyətinin sədri v.i.e),
 
4). Əziz Abdiyev (“İnformasiya texnologiyaları departamenti”nin direktoru),
 
5). Güldanə Aslanova (“Risklərin idarə edilməsi departamenti”nin direktoru),
 
6). Fərid Qəhrəmanov (“Xəzinədarlıq departamenti”nin direktoru),
 
7). Hürü Salxayeva (“Maliyyə menecmenti departamenti”nin direktoru).
 
 
“Risklərin İdarə Edil­mə­si Komitəsi”nin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
 
Risklərin idarə edilməsi prosedurlarının hazırlanması, qiymətləndirilməsi və təkmilləşdirilməsi, Risk siyasəti ilə bağlı təkliflərin hazırlanması, Risklərin dəyişməsinin təhlili,   Risklər üzrə qərarların icrasına nəzarətin təmin edilməsi.
 
 
“Mükafatlandırma Komitəsi”:
 
Fazil Hüseynov (sədr, Müşahidə Şurasının üzvü),
 
Leyla Məmmədbəyli (İdarə Heyətinin sədri v.i.e),
 
Laçın Əliyev (İdarə Heyətinin üzvü),
 
Vüsal Musayev (İdarə Heyətinin üzvü).
 
 
“Mükafatlandırma Komitəsi”nin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
 
Bankın fəaliyyət nəticələrinə əsaslanan və strateji hədəflərə nail olmasına yönəldilmiş mükafatlandırma siyasətini müəyyənləşdirmək, mükafatlandırma prosesinə nəzarət etmək, mükafatlandırma siyasətinin bankın mənafeyinə uyğun olmasını təmin etmək, mükafatlandırma siyasətinin tətbiqi ilə bağlı prosedurların qəbulunu təşkil etmək və təkmilləşdirmək.
 
“Amrahbank” ASC - nin Böyük Kredit Komitəsi: 
 
1). Laçın Əliyev (sədr);
 
2). Vüsal Musayev;
 
3). Tural Mahmudov;
 
4). Güldanə Aslanova;
 
5). Kamran Sadıxov.
 
 
“Böyük Kredit Komitəsi”nin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
 
Bank fəaliyyətində mövcud olan kredit satışının səmərəli idarəedilməsini həyata keçirmək, kredit siyasətini hazırlayaraq təsdiq edilmək üçün  SÜY – na təqdim etmək, kreditlərin verilməsi və kredit məhsullarının satışının həyata keçirilməsinə nəzarət etmək, kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
 
“Audit Komitəsi”:
 
Şahin İsa oğlu Quliyev (sədr);
 
Anar Rza oğlu Əliyev;
 
İlqar İbrahim oğlu Əliyev.
 
“Audit Komitəsi” nin başlıca vəzifələri aşagıdakılardan ibarətdir:
 
Bankın audit siyasətini və strategiyasının müəyyən edilməsi və həyata keçirilməsinin təmin edilməsi;
 
Daxili audit departamentinin fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şəraitin yaradılması;
 
Daxili audit departamentinin Əsasnaməsini, habelə departamentin rəhbəri və əməkdaşlarının Vəzifə təlimatlarının təsdiq edilməsi;
 
Daxili audit departamentinin iş planının təsdiq edilməsi və fəaliyyətinə nəzarətin həyata keçirilməsi;
 
Müşahidə Şürası ilə razılaşdırdıqda Daxili audit departamentinin büdcəsinin və ştat cədvəlinin təsdiq edilməsi;
 
Bankın bütün struktur bölmələrində və filiallarında audit yoxlamalarının beynəlxalq standartlara uyğun aparılmasının təmin edilməsi;
 
Daxili nəzarət sistemlərinin effektivliyinin və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
 
Daxili audit yoxlamalarınn nəticələrinin, təklif və tövsiyələrinin Müşahidə Şurası ilə birgə müzakirə edilməsi;
 
Maliyyə hesabatlığına əhəmiyyətli təsir göstərə bilən bütün hüquqi məsələlərin təhlil edilməsi;
 
Bank qanunvericiliyinə, Bankın Nizamnaməsinə və Mərkəzi Bankının normativ sənədlərinə uyğun tələblərinin yerinə yetirilməsinin İdarə Heyətindən tələb edilməsi
 
Bankın ümumi fəaliyyətində mövcud olan və yarana biləcək risklər üzrə daima Müşahidə Şurasının məlumatlandırılması;
 
Kənar auditorla birgə işin təşkili ilə əlaqədar Bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditorlara vaxtında və tam təqdim edilməsinin təmin edilməsi;
 
Kənar auditor, İdarə Heyəti və Bankın əlaqədar struktur bölmələri ilə birlikdə kənar auditorun hesabatlarının təhlil və müzakirə edilməsi, çatışmazlıqların və pozuntuların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması üzrə təkliflərin verilməsi;
 
Auditlə bağlı mühüm məsələlərin müzakirə edilməsi məqsədilə Mərkəzi Bankın, Bankın idarəetmə orqanlarının və kənar auditorların iştirakı ilə görüşlərin keçirilməsinin təşkil edilməsi;
 
Audit zamanı müəyyən olunmuş nöqsanların və problemlərin həlli ilə bağlı verilmiş tövsiyələrin icrasına nəzarətin həyata keçirilməsinin təmin edilməsi;
 
Risklərin idarə olunmasının, nəzarət və idarəetmə prosedurlarının səmərəliliyinin qiymətləndirilməsinə və inkişafına sistemli yanaşmaqla, Bankın qarşısında duran strateji və taktiki məqsədlərə nail olmaqda köməklik  edilməsi;
 
Səlahiyyətləri çərçivəsində digər bankların daxili audit xidmətləri və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrinin yaradılması;
 
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələrin həyata keçirilməsi. 
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru