"Amrahbank"da əmanət yerləşdirmək daha sərfəli olub
Yarandığı gündən fəaliyyətində keyfiyyətə və peşəkarlığa üstünlük verən "Amrahbank" böyük önəm verdiyi müştərilərinə daha sərfəli əmanətlər təklif edir.
 
Artıq "Amrahbank"da əmanət yerləşdirmək daha asan və sərfəli olub. Bank xarici valyuta ilə əmanət yerləşdirmək istəyən əmanətçilərinə sərfəli bir fürsət yaradır. Artıq müştərilər bankın istənilən filialına yaxınlaşıb manatla olan vəsaitini xarici valyutada əmanət kimi yerləşdirə bilərlər. Belə olan halda manatın xarici valyutaya konvertasiyası Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğunlaşdırılacaq.
 
"Amrahbank" fiziki şəxslərə aşağıdakı deposit növlərini təklif edir: 
  •  Güvən əmanəti pullarını bir il və ya daha uzun müddət üçün Banka yerləşdirə biləcək müştərilərimiz üçün nəzərdə tutulub;
  •  Fleks əmanəti əlverişli faiz dərəcələri ilə bərabər, pullarınızdan istifadə də Sizlərə daha geniş imkanlar təqdim edir;
  •  Daxıl əmanəti müştərilərə əmanət hesablarına əlavə vəsait daxil etmək imkanı verir;
  •  Lider əmanəti  müştərilərə illik 15%-ə qədər gəlir təklif edir, müddət və faiz seçimi də Sizin istəyinizdən asılıdır.
Bununla yanaşı, "Amrahbank" hüquqi şəxslərə də müxtəlif növ depozitlərdən faydalanmağa dəvət edir.
 
Qeyd etmək yerinə düşər ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərən Azərbaycanda yeganə ərəb investisiyalı bankdır. Belə ki, 2008-ci ildən Bəhreyn Beynəlxalq İnvestisiya Bankı “Amrahbank”da 49%-lik paya malikdir. Son illər ərzində bank həm depozit portfeli, həm aktivlər,  həm də kapital tələbləri baxımından kifayət qədər inkişaf edib. Belə ki, 2014 cü illə müqayisədə depozit portfeli 45% artaraq 155 mln AZN, aktivlər 46.81% artaraq 304.1 mln AZN təşkil etmişdir. Bankın məcmu kapitalı 57.82 mln AZN təşkil edir.  Bugünə olan göstəricilərə görə bankın aktiv müştərilərinin sayı 130 min nəfərdən çoxdur.
 
Qeyd etmək lazımdır ki, "Amrahbank" Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə "Əmanətlərin sığortalanması haqqında" Qanununun şərtlərinə müvafiq olaraq əhalinin yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir.
 
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış