"Amrahbank" ASC-yə məxsus bütün növ kartların təhlükəsizliyi "3D Secure" xidməti vasitəsilə qorunur.

Amrahbank bütün növ kart sahibləri olan müştərilərinə pulsuz "3D Secure" təhlükəsizlik sisteminə qoşulmaq imkanı yaratmışdır. Bu xidmət bankın həm MasterCard, həm də VISA tipli plastik kartlarına şamil olunur.

“3D Secure” xidməti plastik kartlar vasitəsilə onlayn əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl bir texnologiyadır.

“3D Secure” təhlükəsizlik standartları bu xidməti dəstəkləyən saytlarda bir qayda olaraq “MasterCard Secure Code” və “Verified by Visa” loqotipləri ilə işarələnir.

Bankın müştəriləri həmin saytlarda mal və ya xidmətlər üçün ödənişlər edən zaman “AzeriCard” səhifəsinə keçir, orada kartın üzərində qeyd edilməyən xüsusi "3D" şifrəsi daxil edilir və yalnız şifrənin təsdiqindən sonra ödənişi həyata keçirilir. Belə ki, plastik kartın özü və ya üzərindəki məlumatlar itirildikdə və ya oğurlandıqda kartın sahibindən başqa və ya onun xəbəri olmadan internet vasitəsilə əməliyyat aparıla bilməz.

Bundan başqa Amrahbank plastik kart sahiblərinə müxtəlif növ xidmətlər, o cümlədən SMS məlumatlandırma, Card to Card, Mobil və İnternet Bankçılıq, PİN Change, Cash by Code, MasterCard Money Send və s. xidmətlər təklif edir.

Bankın digər məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün “Amrahbank”ın 987 saylı Məlumat Mərkəzinə, www.amrahbank.com/az saytına və ya www.facebook.com/Amrahbank.ASC rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz.

Xatırladırıq ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 1993-cü ildə təsis olunmuş “Amrahbank”ın strateji səhmdarıdır.

Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış