«Amrahbank”- dan xeyriyyəçilik tədbiri.


Öz ənənəvi bank fəaliyyəti ilə yanaşı elm, təhsil, sağlamlıq, idman və s. sahələrdə Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin həyata keçirilməsini özünün prioritetlərindən biri hesab edən Amrahbank, bu dəfə “Xəzər Qayğıkeşlik layihəsi” Humanitar İctimai Birliyi ilə qarşılıqlı əməkdaşlıq çərcivəsində “Dünyamızı daim parlaq rənglərdə görək” adlı xeyriyyəçilik tədbiri həyata keçirdi.

Tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətdə mövcud problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaqdır.

Növbəti KSM çərçivəsində “Amrahbank”ın dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Klinikasında imkansız ailədən olan, katarakta xəstəliyindən əziyyət çəkən, əməliyyat etmək imkanları olmadıqlarından görmə qabiliyyətlərini getdikcə itirmək təhlükəsi olan Sultanov Məmməd (85 yaş), Məmmədov Tofiq (79 yaş), Məcidova Qalina Sergeyevna (75 yaş) və Çanaxova Çəməngül (55 yaş) gözlərində klinikanın həkimləri tərəfindən cərrahi əməliyyat aparıldı.

Klinikadan daxil olan məlumata görə əməliyyatdan sonrakı gün müauinə olunan xəstələr dünyanı parlaq rəngdə görə bildikləri üçün özlərini çox xoşbəxt hiss edirdilər və talelərində böyük rol oynayanlara minnətdar idilər.  

Amrahbank sosial məsuliyyət çərçivəsində keçirilən tədbirlərin ictimaiyyətə faydalı təşkil olmasında daim maraqlıdır.

Amrahbank “Səzə açıq və aydın bank”

Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış