“Amrahbank”da “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi çərçivəsində növbəti təlim keçirildi.

28-31 mart 2017-cı il tarixilərində Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi üzrənövbəti təlimlərə başlanıldı. Maliyyə mövzuları üzrə təlimlər Mərkəzi Bankın təcrübə proqramının iştirakçıları üçün nəzərdə tutulmuşdur. İlkin olaraq Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində,Əmanətlərin Sığortalanması Fondunda başlamış təlimlər, 30 mart 2017-cı il tarixində “Amrahbank”ın baş ofisində həyata keçirildi. Təlimdə iştirak edən 22 iştirakçı bank sahəsi ilə əlaqəli mövzularda biliklərini bir daha təkmilləşdirdilər. “Amrahbank”ın peşəkar əməkdaşları tərəfindən Azərbaycanda bank sistemi, “Amrahbank”ın təşkilati strukturu, bank əməliyyatlarına aid aktual mövzular üzrə məlumatlar verildi. Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.. Sonda iştirakçılara hədiyyələr paylanıldı, xatirə foto şəkilləri çəkildi.

Onu da qeyd edək ki, “Amrahbank” ASC 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının Tədqiqatlar və İnkişaf Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə Savadlılığı” layihəsi çərçivəsində keçirilən müxtəlif tədbirlərdə aktiv iştirak edir.

Amrahbank rəhbərliyi inanır ki, Mərkəzi Bank tərəfindən maliyyə təhsilinin artırılması üzrə görülən işlər və layihələr, gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevirilməsinə və ölkəiqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfə olacaqdır.

Amrahbank

Sizı açıq və aydın bank!

Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış