“Amrahbank”ın futbol komandası ASEP şirkətinin təşkil etdiyi ABL Cup 2017/18 futbol turnirində iştirak etməyə hazırlaşır.
Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı daima elm, təhsil, sağlamlıq, idman və s. Korporativ Sosial Məsuliyyət
layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir.
 
Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, sosioloqlar idmana cəmiyyəti birləşdirən, insanlarda qələbəyə, yeni-yeni uğurlara can atmaq hissini oyadan vasitə kimi baxırlar.
Qeyd etmək istəyirik ki, bu gün “Amrahbank”ın əməkdaşları arasında da güclü idmançı gənclər az deyildir.
 
2009-cu ildə yaradılmış Amrahbank futbol komandası yarandığı gündən etibarən bir çox uğurlara imza atmışdır. Belə ki,
komandamız 
 
2009-cu ildə qatıldığı ilk Banklararası futbol çempionatında 3- cü yer;.
 
2011-ci ildə Qarabağ fufbol klubunun yaranmasının 60 illiyinə həsr olunmuş təşkilatlararası turnirdə ilk çempionluğunu
qazanaraq 1-ci yer;
 
2014-cü ilin yaz sezonunda BBVB tərəfindən təşkil olunmuş Banklararası Futzal Cempionatında 3-cü yer;
 
2014-cü ilin payız sezonunda BBVB tərəfindən təşkil olunmuş Banklararası Futzal Cempionatında 2-ci yer;
 
2014-2015- cı il mövsümü Futzal üzrə 2-ci dəstə Azərbaycan birinciliyində 2-ci yer;
 
2015-2016- cı il mövsümü Futzal üzrə 1-ci dəstə Azərbaycan birinciliyində 2-ci yer;
 
2015-ci ildə Futzal üzrə İtaliyanın Kataniya şəhərində keçirilmiş Çimərlik Futbolu üzrə UEFA Kubokunda 28 komanda
arasında 7-ci yer qazanmışdır.
 
Hal-hazırda “Amrahbank”ın futbol komandası ASEP (AZFAR SPORTS EVENTS AND PROMOTION) şirkətinin təşkil etdiyi ABL Cup 2017/18 turnirində iştirak etməyə hazırlaşır. Ümumi komanda ruhu yüksək olan Amrahbank FK-na bütün kollektivimiz adından bu yarışda uğurlar qazanmağı arzu edirik.
 
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də
korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və
plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Xatırladırıq ki, Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) “Amrahbank”ın strateji səhmdarıdır. Hal hazırda bank baş ofisi, 22 filiali və 1 şöbəsilə fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Gəncə, Lənkəran, Masallı, Bərdə, Şəmkir, Goranboy, Tovuz kimi regionlarını da əhatə edir.
 
Amrahbank
 
Sizı açıq və aydın bank!
Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış