Amrahbank VİSA İnfinite kartının satışına başladı
 Amrahbank ASC VİSA ödəniş sisteminin ən nüfuzlu və sahibinə daha çox imtiyazlar təklif edən VİSA İnfinite kartının satışına başladı.

Müştərinin yüksək statusunu özündə əks etdirən VİSA İnfinite kartı, sahibini dünyanın istənilən nöqtəsində maksimum rahatlıq və VIP-xidmətləri ilə təmin edir. 

“Amrahbank”ın VİSA İnfininite kartı, sahibinə aşağıdakı eksklüziv xidmətlər toplusu təklif edir:

  1. Ölkə xaricində itirilmiş və ya oğurlanmış kartın sahibinə təcili nağd pulun verilməsi və ya kartın təcili dəyişdirilməsi.

Ətraflı məlumat: https://www.visa.com.az/az_AZ/pay-with-visa/security-and-assistance/global-customer-assistance.html

  1. Dünyanın bütün beynəlxalq hava limanlarının biznes salonlarına giriş təminatı - LoungeKey
  2. Alış-verişin qorunması VİSA proqramı – VİSA Infinite kartı vasitəsilə alınmış əşyanın oğurlanma, zədələnmə və ya gözlənilməz şəraitdə sıradan çıxma hallarından alış günündən başlayaraq 90 gün ərzində etibarlı sığortalanması.

Ətraflı məlumat: https://www.visa.com.az/ru_AZ/pay-with-visa/find-a-card/infinite.html

  1. Uzadılmış təminat proqramı – Visa şirkəti Visa Infinite ödəmə kartı ilə alış-veriş zamanı istehsalçı tərəfindən verilmış təminat müddətinə əlavə olaraq daha 24 aya qədər təminat verir.

Ətraflı məlumat: http://www.visapremium.com/ və ya https://cardholderbenefitsonline.com/

  1. Səyahət edənlər üçün sığorta – Visa Infinite kartının sahibi və onun 5 nəfər ailə üzvü üçün genişləndirilmiş sığorta proqramıdır (1 mln ABŞ dolları ödəmə imkanı ilə). 

Ətraflı məlumat: https://www.visa.com.az/az_AZ/pay-with-visa/find-a-card/infinite.html#1

  1. Beynəlxalq tibbi və məlumat dəstəyi – zəruriyyət yarandıqda xarici ölkəyə səyahət və 90 gün ərzində daimi yaşayış zamanı VİSA Infinite kartı sahibinə tibbi və hüquqi dəstək təklif olunur.

Ətraflı məlumat: http://www.visapremium.com/ və ya https://cardholderbenefitsonline.com/

  1. Konsyerj xidməti:
  • Aviabiletlərin bron edilməsi
  • Otellərin bron edilməsi
  • Restoranlarda masa sifarişi
  • Avtomobillərin icarəyə alınması
  • Tədbirlərə biletlərin alınması
  • Səyahətlərin planlaşdırılması
  • Digər ümumi sorğular

Ətraflı məlumat:: https://www.visa.com.az/ru_AZ/pay-with-visa/find-a-card/infinite.html

  1. Bütün dünya üzrə seçmə endirimlər və xüsusi təkliflər.

Ətraflı məlumat: https://www.visa.com.az/az_AZ/pay-with-visa/visa-offers-and-perks.html    

“Amrahbank”ın VİSA Infinite kartının xidmət haqları, 1 illik – 300 manat, 2 illik – 400 manat, 3 illik – 450 manatdır. Kart hesabına ilkin mədaxilin minimal məbləği  isə 10 000 AZN/USD/EUR -dur.

Amrahbank: Sizə açıq və aydın bank!

Ümumi məlumat
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış