Amrahbank faiz gəlirləri iki dəfədən çox artıb
Cari ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə Amrahbank ASC-nin faiz gəlirləri 63% artaraq 5 milyon 975 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirlərində 59% artım qeydə alınaraq 5 milyon 739 min manat təşkil etmişdir. O cümlədən  xarici valyuta əməliyyatları üzrə xalis gəlirlərdə də artım müşaidə olunub və ötən dövrdə bank tərəfindən 1 milyon 135 min manat gəlir əldə olunmuşdur. Amrahbank son 3 ay ərzində əməliyyat gəlirlərini 1 milyon 442 min manat artırmışdır.

Qeyd etmək lazımdır ki, Amrahbankın aktivləri cari ilin birinci yarısı ilə müqayisədə 196 milyon 216 min manatdan 207 milyon 43 min manata artmışdır. 

Bankın kredit portfeli keçən rüblə müqayisədə 10 milyon 802 min manat artaraq 30 sentyabr 2018-ci il tarixində 120 milyon 708 min manat təşkil etmişdir.

Hər bir bankda olduğu kimi Amrahbankın fəaliyyətində də dayanıqlı maliyyə mənbəyi kimi daimi maliyyə resurslarının formalaşması və müştəri etimadı faktorunun göstəricisi kimi depozit portfeli müstəsna əhəmiyyət kəsb edir. Belə ki, Amrahbankın cəlb olunmuş vəsaitlərində də artım müşahidə olunmuşdur. İkinci rüblə müqayisədə əhalinin müddətli və tələbli əmanətlərinin həcmi 11 milyon 791 min manat artaraq 161 milyon 497 min manat olmuşdur.

Ümumi məlumat
Təşkilati struktur
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsi
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış