Amrahbank mükafata layiq görüldü
 Amrahbank ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları-2018” tədbirində iki nominasiya üzrə, o cümlədən “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə mükafatlarta layiq görüldü.


Mükafat ”Amrahbank”ın Biznesin İnkişafı Departamentinin Direktoru Şəfiqə Hacıyevaya  təqdim edildi. Ş. Hacıyevanın sözlərinə görə  "Artıq ikinci ildir ki, Amrahbank Azərbaycan Banklar Assosiasiyası tərəfindən eyni nominasiyalar üzrə mükafatlara layiq görülür. Bankımızın korporativ sosial məsuliyyət tədbirləri, o cümlədən ictimaiyyətdə mövcud problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, ehtiyac sahiblərinə kömək əli uzatmaq, eləcə də təhsil dəstəkçisi olaraq gənclərin gələcək karyeralarında uğurlarının əldə edilməsi üçün Bankın peşəkar əməkdaşları tərəfindən təlimlərin  keçirilməsi, müxtəlif təcrübə proqramlarının təşkili, müştərilərimiz, əməkdaşlarımız, strateji tərəfdaşlarımız, səhmdarlarımız ümumilikdə cəmiyyət qarşısında “Amrahbank”ın  daşıdığı vəzifələrin əksidir.  Biz daşıdığımız korporativ vəzifə və məsuliyyəti dərk edirik  və bunları gerçəkləşdirmək, deyilənlərə əməl etmək işinə də sadiqik”.

Amrahbank: Sizə açıq və aydın bank!

Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru