Kredit kartlarından istifadədə rahatlıq, habelə ödəniş vasitəsi kimi kredit kartlarını qəbul edən mağaza,  digər ticarət və xidmət nöqtələrinin sayının artması bu məhsulu həyatımızın ayrılmaz bir hissəsinə çevirmişdir. Rahat ödəniş vasitəsi olmasına əlavə olaraq, kredit kartı üzrə istifadə edilən vəsaitlər bir kredit kimi də çıxış edə və aldığınız malların qiymətini tədricən ödəmək imkanı verə bilər.

Bankımızın buraxdığı kredit kartlarından ölkədaxilində, xaricdə və İnternetdə istifadə etmək mümkündür. Deyilənlərə əlavə olaraq kredit kartları bankomatlardan nağd pul çıxarmaq üçün də istifadə oluna bilər.

Bizim kredit kartları "VISA" və ya "MasterCard" nişanlarını daşıyır və dünyanın hər hansı yerində bu nişanı gördükdə, kartınızdan orada da istifadə edə bilərsiniz. Kredit kartlarının buraxılışı və istifadəsinə aid şərtlər barəsində məlumatlar aşağıda verilmişdir:

VİSA CLASSİC və ya MASTERCARD STANDARD
Kreditin maksimal məbləği   3 000 manat və ya ABŞ dolları (bərpa olunan kredit xətti şəklində)
Güzəşt müddəti  

Növbəti ayın 10-a qədər (maksimum 40 gün)

Kreditin maksimal müddəti   12 ay
Kreditin illik faiz dərəcəsi   minimum 28%
Komisyon haqları  

 nağdlaşdırma haqqı kredit limitinin 1 % -i   həcmində  
  Plastik kartın qiyməti - 20 AZN

Zəruri sənədlər**     Borcalanın şəxsiyyət vəsiqəsi
  Borcalanın iş yerindən arayış
  Zaminin şəxsiyyət vəsiqəsi
  Zaminin iş yerindən arayış
     
VİSA GOLD və ya MASTERCARD GOLD
Kreditin maksimal məbləği   10 000 manat və ya ABŞ dolları (bərpa olunan kredit xətti şəklində)
Güzəşt müddəti  

Növbəti ayın 10-a qədər (maksimum 40 gün)

Kreditin maksimal müddəti   12 ay
Kreditin illik faiz dərəcəsi   minimum 28%
Komisyon haqları  

 nağdlaşdırma haqqı kredit limitinin 1 % -i   həcmində  

  Plastik kartın qıyməti  - 35 AZN

Zəruri sənədlər     Borcalanın şəxsiyyət vəsiqəsi
  Borcalanın iş yerindən arayış
  Zaminin şəxsiyyət vəsiqəsi
  Zaminin iş yerindən arayış

 Faktiki İllik Faiz Dərəcəsi (FİFD)  29 %
   

** Bu kredit kart  növündə zaminin olması mütləqdir;

Ayrılacaq kreditin aylıq ödənişi müştərinin ümumi öhdəliyində olan kreditlərin aylıq ödənişi ilə birlikdə, rəsmi təsdiq edilmiş gəlirin 50%-i keçməməlidir

Plastik kart vasitəsi ilə kredit xəttinin açılması çox sadə bir prosesdir və Bankımızda iki gün vaxt aparır. Sadəcə arzuladığınız plastik kart və kredit növündən asılı olaraq zəruri sənədləri toplayın və "Amrahbank"ın filiallarından birinə müraciət edin.
Cari hesablara xidmət
Kreditlər
   İstehlak kreditləri
   Biznes kreditləri
Plastik kartlar
   Tariflər
   Yubiley kartları
   İnternet-bank
   SMS-xəbərdarlıq
   Mobil bank
   Card-to-card
   Visa ilə imtiyazlar dünyası
   Cash by Code
   PIN Change
   3D Secure xidməti
   MasterCardMoneySend
   POS Credit xidməti
Depozitlər
   Lider əmanəti
   Güvən əmanəti
Təcili pul köçürmələri
Seyflərin icarəsi
FATCA
Axtarış