Şahin Quliyev (Amrahbank ASC)
Komitənin Sədri
Cənab Şahin Quliyev Azərbaycanın müxtəlif banklarında 20 ildən çox bank təcrübəsinə malikdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru olan Şahin Quliyev 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirmiş və aspiranturanın qiyabi şöbəsinə daxil olmuşdur. Onun Azərbaycan Dövlət İqtisad Universiteti və Cənubi Rusiya Humanitar İnstitunun Bakı filialında pedoqoji təcrübəsi olmuşdur. Respublika daxili elmi jurnallarında və xaricdə çap edilmiş 15-ə yaxın elmi məqalənin və bir monoqrafiyanın müəllifidir. İş fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Səhmdar Kommersiya Əmanət Bankında başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankında 1997-2001 illərdə Hesablaşmalar Departamentində, 2001-2008 illərdə isə Daxili Audit Departamentinin baş auditor, 2008-2009-cu illərdə AFB-də Risklərin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır. O, 2009-cu ildən Amrahbank ASC-də Daxili Audit Departamentinin direktoru kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən isə Audit Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdur. Bundan başqa Şahin Quliyev, Dünya Bankı, USAİD, Birləşmiş Vyana İnstitutu, Polşa, Bolqarıstan və Ukrayna Milli banklarının beynəlxalq maliyyə, kredit, daxili audit, risklərin idarə edilməsi mövzularında təşkil etdiyi seminar və təlimlərdə iştirak etmişdir. Azərbaycan Respulbikası Auditorlar Palatasının asossiativ, Beynəlxalq Auditorlar İnstitunun (İİA) isə üzvüdür. Həmçinin, Auditorların və Mühasiblərin Avraziya Şurası tərəfindən CAP beynəlxalq sertifikatını əldə etmişdir.
Anar Əliyev (Kapital Bank ASC)
Komitənin üzvü
Cənab Anar Əliyev 2014-cü ilin iyun ayından başlayaraq Kapital Bankda Audit Meneceri vəzifəsində çalışmağa başlamışdır. Bundan əvvəl Bank Technique ASC-də Əməliyyatların Operativ Auditi Şöbəsinin müdiri vəzifəsində çalışan Anar Əliyev iqtisadiyyat və bank işi sahəsində Türkiyənin Qazi Universitetində bakalavr və Bakı Biznes Universitetində magistr dərəcəsinə yiyələnmişdir. O, Türkbank, Artbank, Azərbaycan Respublikasının Mərkəzi Bankı, CredAgro BOKT kimi maliyyə təşkilatlarında audit və digər sahələrdə çalışmışdır. A.Əliyev müxtəlif illərdə Misir, Almaniya, Polşa, İngiltərə, Niderland, İsveçrə, Avstriya, ABŞ və Çin Xalq Respulikasının maliyyə insitutlarının təşkil etdiyi audit və beynəlxalq maliyyə standardları mövzusunda seminar və proqramlarda iştirak etmişdir.
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış