Həsənov Emil Cəfərqulu oğlu
İdarə Heyətinin sədri
1979-cu ildə anadan olmuşdur. İş fəaliyyətinə 2001-ci ildə Azərbaycan Beynəlxalq Bankında başlamışdır. 2002-2009-cu illər ərzində “Nikoyl” İKB-də “Xəzinədarlıq və Bazar Əməliyyatları” Biznes Blokunun rəhbəri vəzifəsində çalışmışdır. “Amrahbank” ASC-də fəaliyyətini 2009-cu ildən başlamışdır. Həmin ildən İdarə Heyətinin üzvü, Aktiv və Passivlərin İdarə edilməsi Komitəsinin sədri olmuşdur. Hal hazırda Emil Həsənov Bankın İdarə Heyətinin Sədri, eyni zamanda “Aktiv və Passivlərin İdarə edilməsi” və “İnsan Resurslarının İdarə edilməsi” komitələrinin sədridir. Cənab Həsənov “Azərbaycan Dövlət İqtisad Universiteti”ni Bakalavr və Magistr dərəcələri ilə, “Moskva Dövlət Universiteti”nin “Ali Biznes Məktəbi”ni isə ABŞ-ın “Northeastern University” Universiteti ilə partnyorluq çərçivəsində “Executive MBA” dərəcəsi ilə bitirmişdir.
Cavadov Sədi Əhəd oğlu
İdarə Heyətinin üzvü
Sədi Cavadov Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr pillələrinə yüksəlmişdir. O, "Amrahbank"ın imzaladığı müqavilələrə yenidən baxılması və onun Korporativ İdarə edilməsi işlərində mühüm rol oynamışdır.  Sədi Cavadov həmçinin Hüquq Departamentinin direktoru və Kredit Komitəsinin üzvüdür. 

Məmmədbəyli Leyla Heybət qızı
İdarə Heyətinin üzvü

Leyla Məmmədbəyli 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır. Leyla xanım “Unileasing” lizinq şirkətində müxtəlif vəzifələrdə işləmiş və Maliyyə departamentinin direktoru vəzifəsinə yüksəlmişdir. O, 2010-cu ildən Amrahbank ASC-də Strukturlaşdırılmış Maliyyə Departamentinin direktoru kimi fəaliyyətə başlamışdır. Hal-hazırda isə o İdarə heyətinin üzvüdür və Bankda maliyyə, beynəlxalq münasibətlər sahələrinə nəzarət edir.

Musayev Vüsal Suliddin oğlu
İdarə Heyətinin üzvü

Vüsal Musayev 1997-1998-ci illərdə ABŞ-da, 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-2003-cü illərdə Mərkəzi Avropa Universitetində təhsil almışdır. 2009-cu ildə Macarıstanın Budapeşt şəhərində yerləşən Universitetdə magistr dərəcəli diplom qazanmışdır. Eyni zamanda 2006-2011-ci illərdə Xəzər Universitetində Maliyyə İdarəçiliyi ixtisası üzrə magistr təhsili almışdır.
V.Musayev “Nikoylbank”da eləcə də “Praysvoterhouskupers” və “Deloit” kimi auditor şirkətlərində müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən isə hal- hazırkı dövrə qədər “Amrahbank”da çalışır. O, bankın kredit komitəsinin sədridir. 2013-cü ildən "Amrahbank"ın İdarə Heyətinin üzvüdür.

Cəfərli Nəcəf Həsən oğlu
İdarə Heyətinin üzvü

2006-cı ildə Azərbaycan İqtisad Universitetində bakalavr, 2007-ci ildə magistr dərəcələri üzrə təhsil almışdır. 2006-2008-ci illərdə Azərbaycan Mərkəzi Bankında Maliyyə Departamentində baş iqtisadçı, 2008-2009-cu illərdə Azərbaycan Kredit Bankında Maliyyə Departamentinin Direktoru vəzifələrində çalışmışdır. 2009-2010-cu illərdə AFB-də mühasibatlıq Departamentiin Direktoru, 2010-cu ildən “Amrahbank”da Daxili Audit Departamentində şöbə rəisi vəzifələrində çalışmışdır. 2013-cü ilin iyun ayından “Amrahbank”da Maliyyə Departamentinin direktoru vəzifəsində çalışır.

Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   Audit Komitəsi
   İdarə Heyəti
   Departamentlər
   Komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Maliyyə hesabatları
   Maliyyə hesabatları
   İllik hesabatlar
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Kalkulyator
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
AmrahNews
Press relizlər
Axtarış