Kredit hər bir hüquqi şəxsin fəaliyyətində mühüm bir amildir və xüsusilə də bunu inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən şirkətlərə aid etmək olar. Belə kreditlər yeni layihələrin müəyyən edilmiş vaxtda  müvəffəqiyyətlə həyata keçirilməsinə köməklik edə bilər.

Bizim Bank kreditləri həm iri şirkətlərə, həm də kiçik və orta müəssisələrə verir. Bu istiqamət üzrə Amrahbank həm birbaşa  kreditlərin verilməsi, həm də idxal və ixrac əməliyyatlarının dəstəklənməsi üçün sənədli əməliyyatlar üzrə xidmətlər təqdim edir.

Bizim işçilər öz peşələri ilə bərabər, həmçinin müvafiq kommersiya sahələri üzrə də bilik və təcrübəyə malikdirlər. Bizdə demək olar ki, sahibkarlığın bütün sahələrinə, o cümlədən  ağır sənaye, ticarət, tikinti-inşaat işləri, kənd təsərrüfatı və digər sahələr üzrə kreditlər verilir. Bir halda ki, layihənin mahiyyəti ilə vəsaitlərin hansısa xüsusi bir formada təqdim olunması tələb olunur, Sizin tələblərinizi ödəmək məqsədi ilə  diqqətinizə strukturlaşdırılmış maliyyə məhsullarını təqdim edə bilərik.

Sizin kreditə olan tələbatınızı nəzərdən keçirərkən, Biz məhz Sizin tərəfinizdən irəli sürülən şərtlərə diqqət yetirəcək, habelə müvafiq vəsaitlər ilə maliyyələşdirilməsi planlaşdırılan layihəni nəzərə alacaq və sonda Sizin üçün ən məqbul və əlverişli olan şərtləri işləyib hazırlamağa çalışacağıq. Layihənin daşıdığı risklərdən, kreditin müddətindən və borcalanın kredit reytinqindən asılı olaraq kreditlər illik 20-24% ilə verilir.

  Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Masallı, Şəmkir, Tovuz, Bərdə kimi iri bölgələri  əhatə edən geniş filiallar şəbəkəsinin olması, layihələrin potensialını başa düşən peşəkarların işə cəlb olunması, habelə əlverişli tarif və qiymətlər "Amrahbank"ın kreditlərinin üstünlükləridir. 

 Kreditin şərtləri haqqında əlavə məlumatı buradan əldə edə bilərsiniz.
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış