|
Baş səhifə / Hüquqi şəxslərə |
Müştərilərə təqdim olunan hesab-fakturaların tarixi ilə ödəniş tarixi arasında çox zaman müəyyən vaxt boşluğunun olmasını nəzərə alaraq, demək olar ki, bir çox hallarda müəssisələrin qısa müddət üçün maliyyə vəsaitlərinə ehtiyacı olur. Bizim təqdim etdiyimiz və ən müasir tələblərə cavab verən sənədli əməliyyatlar üzrə xidmətlər korporativ müştərilərimizə, likvidlik üzrə hər hansı çətinliklər ilə üzləşməməkdən ötəri nağd pul vəsaitlərini əldə etmək üçün real imkan yaradır. Biz başa düşürük ki, sənədli əməliyyatlar maliyyələşdirmə qərarlarının qısa müddətdə çıxarılmasını labüd edir, bu səbəbdən də xidmətlərin bu sahəsi üzrə Biz sadələşdirilmiş prosesləri tətbiq edərək qərarımızı mümkün qədər qısa müddət ərzində çıxarmağa çalışırıq.
Deyilənlərə əlavə olaraq, fəaliyyətlərini ixrac və idxal ətrafında qurmuş müəssisələrə də maliyyələşdirmə üzrə xidmətlərimizi təqdim edirik. Müxtəlif beynəlxalq maliyyə təşkilatları və ixracın maliyyələşdirilməsi agentlikləri ( US Exim Bank, OFID, ITFC, və s.) ilə müvəffəqiyyətlə davam etməkdə olan tərəfdaşlıq münasibətlərini nəzərə alaraq, müştərilərimizə ən əlverişli qiymət və faizlər ilə 12 aylıq kreditləşdirmə imkanlarını təqdim edirik.
Aşağıda sənədli əməliyyatlar üzrə hazırkı tariflər barəsində ətraflı məlumat verilmişdir:
Sənədli inkasso əməliyyatları |
Əməliyyat |
|
Tarif |
Sənədlərin inkassoya qəbul olunması |
|
İnkasso məbləğindən 0.1 % (minimal 75 ABŞ dolları, maksimal 500 ABŞ dolları) |
Ödənişə və akseptə qarşı sənədlərin verilməsi |
|
Ödəniş məbləğindən 0.1 % |
İnkasso tapşırığının şərtlərinin dəyişdirilməsi |
|
30 manat |
Ödənişdən imtina və aksept olunmamış sənədlərin geri qaytarılması |
|
Ödəniş məbləğindən 0.05 % (maksimal 100 ABŞ dolları) |
İnkasso tapşırığının ləğv edilməsi |
|
30 manat |
Poçt xidmətləri (hər göndərilmiş paketə görə) |
|
Fakt üzrə |
|
|
|
Bank zəmanətləri və ehtiyat akkreditivləri |
Əməliyyat |
|
Tarif |
Ehtiyat akkreditivinin/zəmanətin verilməsi, onun məbləğinin artırılması və ya müddətinin uzadılması |
|
Akkreditivin məbləğindən 0.1 % (minimal 50 manat, maksimal 500 manat) |
Ehtiyat akkreditivinin/zəmanətin şərtlərinin dəyişdirilməsi |
|
Hər dəyişiklik üçün 50 manat |
Ehtiyat akkreditivinin/zəmanətin ləğv edilməsi |
|
Pulsuz |
Ehtiyat akkreditivinin/zəmanətin avizo olunması və ya məbləğinin artırılması |
|
Pulsuz |
Ehtiyat akkreditivi/zəmanət üzrə dəyişikliklərin, məbləğin artırılması istisna olmaqla, avizo olunması
|
|
Pulsuz
|
Zəmanətin təsdiq edilməsi
|
|
Təsdiq edən bankın tarifi |
Ehtiyat akkreditivinin/zəmanətin Amrahbank tərəfdən təsdiq edilməsi |
|
Razılaşma ilə |
Ehtiyat akkreditivi/zəmanət üzrə ödəniş tələbinin yoxlanılması |
|
100 manat |
Başqa bankın qarantiyasının yoxlanılması |
|
50 manat |
Müştərinin tələbi ilə digər bankın ehtiyat akkreditivinin/zəmanətinin şərtlərinə əsasən, ödəniş tələbinin təqdim edilməsi |
|
100 manat |
Digər xərclər |
|
Fakt üzrə |
|
|
|
İdxal akkreditivləri |
Əməliyyat |
|
Tarif |
Akkreditivin açılması:
-500 000 ABŞ dollarına qədər
-500 001 – 1 000 000 ABŞ dolları
-1 000 000 ABŞ dollarından çox |
|
-Akkreditivin məbləğindən 0.35 % (minimal 100 ABŞ dolları)
-Akkreditivin məbləğindən 0.25 %
-Akkreditivin məbləğindən 0.15 % |
Akkreditivin məbləğinin artırılması |
|
Artan məbləğdən 0.2 % (minimal 100 ABŞ dolları) |
Akkreditivin vaxtının uzadılması |
|
Hər 90 gün üçün akkreditivin məbləğindən 0.2 % |
Akkreditivin şərtlərinin dəyişdirilməsi |
|
Hər dəyişiklik üçün 100 manat |
Akkreditiv üzrə sənədlərin qəbulu və yoxlanılması (hər sənəd toplusu üçün) |
|
Akkreditivin məbləğindən 0.1 % (minimal 150, maskimal 500 ABŞ dolları) |
Akkreditiv üzrə ödəniş |
|
Ödəniş məbləğindən 0.1 % (minimal 100, maksimal 500 ABŞ dolları |
Akkreditivin təsdiq edilməsi |
|
Akkreditivin məbləğindən 0.2 % (minimal 100 ABŞ dolları); müxbir bankın komisyon haqqı müştəridən tutulur |
Akkreditivin gözlənilən açılışının avizo edilməsi |
|
50 manat |
Digər xərclər |
|
Fakt üzrə |
|
|
|
İxrac akkreditivləri |
Əməliyyat |
|
Tarif |
Akkreditivin avizo olunması |
|
Akkreditivin məbləğindən 0.1 % |
Akkreditivin məbləğinin artırılması |
|
Artan məbləğdən 0.1 % |
Akkreditiv şərtlərinin dəyişdirilməsinin avizosu |
|
50 manat |
Akkreditivlər üzrə sənədlərin qəbulu, yoxlanılması və göndərilməsi |
|
Akkreditivin məbləğindən 0.15 % (minimal 150 manat, maksimal 500 manat) |
Akkreditivin təsdiq edilməsi, təsdiq edilmənin əlavə edilməsi ilə avizo olunma, məbləğin artırılması və ya təsdiq edilmiş akkreditivin vaxtının uzadılması |
|
Razılaşma ilə |
Köçürülə bilən akkreditivin köçürülməsi |
|
Razılaşma ilə |
Digər xərclər |
|
Fakt üzrə |
|
|
|
|
|
|
|