Bu günün kiçik müəssisəsi sabah böyük və müvəffəqiyyətli bir təşkilata çevrilə bilər. Bunu hər zaman yaddaşında saxlayaraq Amrahbank çalışır ki, kiçik müəssisələr və fərdi sahibkarlar ilə sıx əməkdaşlıq münasibətlərini qursun. Biz istərdik ki, fəaliyyətinizin genişlənməsi və inkişaf etməsi dövründə  Sizinlə yoldaş olub, bu çətin, lakin şərəfli yolu birlikdə keçək.

Hər bir müəssisənin fəaliyyətə başlaması üçün şərtlər digərlərindən fərqli ola bilər. Bunu nəzərə alaraq Biz də öz növbəmizdə müştərilər ilə münasibətlərdə fərdi yanaşmadan istifadə edirik.

Bir qayda olaraq, kreditləri almaq üçün ərizələr iqtisadiyyatının hər hansı bir sektorunu təmsil edən müəssisə və sahibkarlardan qəbul olunur – bura istehsalat, xidmətlər, ticarət  və s. daxildir. Baxmayaraq ki, sahibkarların əksəriyyəti dövriyyə kapitalında olan boşluqları və ya hansısa bir əqdi maliyyələşdirməkdən ötəri qısa müddətli kreditlər üçün Bizə müraciət edirlər, Biz, bir bank olaraq müəssisənin nə qədər etibarlı və nüfuzlu olmasından asılı olaraq, uzun müddətli kreditlərin verilməsini də həyata keçiririk. Kreditlər üzrə şərtlərimizi müəyyən edərkən  çeviklik nümayiş etdirir və nəticədə kiçik müəssisələrə müxtəlif maliyyələşdirmə variantlarını təqdim edə bilirik.

 Bank işinin bu sahəsi Amrahbank üçün böyük maraq doğursa da, bir qayda olaraq sahibkarların kreditlər ilə təmin olunması kredit portfelinin daha yüksək risk ilə səciyyələndirilən hissəsini təşkil edir və bu səbəbdən Amrahbank təqdim etdiyi kreditlər üçün təminatlara qarşı sərt tələblər qoyur.

Kiçik müəssisələr və fərdi sahibkarlara verilə biləcək kreditlərin məbləğinə məhdudiyyət qoyulmur. Müştəriyə aid olan risklərin səviyyəsi və dərəcəsindən asılı olaraq, sahibkarlar üçün verilən kreditlər illik 24-36 faiz ilə verilir. Bəzi hal və layihələr üçün (kənd təsərrüfatında, mövsümi xarakter daşıyan fəaliyyət növlərində, fəaliyyətə yeni başlayan müəssisələrdə və uzun müddətli investisiyalarda) kreditin ödənilməsi ilə əlaqədar müştəriyə möhlət müddəti verilə bilər (yəni, bu zaman müştəri tərəfindən yalnız faiz ödənilir,  kreditin əsas məbləğinin qaytarılması ilə əlaqədar hər hansı məbləğlər ödəməli olmur).

Biz başa düşürük ki, banklardan kreditlərin alınması sahəsində təcrübələrinin olmaması səbəbindən, bir çox sahibkarlar kreditlərin alınması üçün ərizələr, biznes-plan və qərarın çıxarılması üçün zəruri olan digər sənədlərin hazırlanması zamanı çətinliklər ilə üz-üzə qalırlar. Bu səbəbdən, Bankımızda çalışan əməkdaşlar hər zaman Sizin sorğularınızı cavablandırmağa və dəyərli məsləhətlərini Sizə təqdim etməyə hazırdırlar.  Sizin hər hansı filialımıza müraciət etdiyiniz vaxtdan başlayaraq, ərizəniz barəsində qərar çıxarılana qədər və bütün sonrakı mərhələlərdə belə, Kommersiya bankçılığı üzrə ixtisaslaşan əməkdaşlarımız Sizə yalnız ərizənin doldurulması və zəruri sənədlərin hazırlanması ilə əlaqədar məsləhətlərin verilməsi ilə kifayətlənməyərək fəaliyyətiniz ilə bağlı Sizinlə dəyərli və faydalı məsləhətləri ilə də bölüşəcəklər.

Hər bir kredit üçün müraciət özü-özlüyündə fərdi bir haldır, lakin, bir qayda olaraq ərizənin alınması tarixindən vəsaitlərin müştəriyə təqdim olunmasına qədər təxminən 10 gün vaxt keçir.

Bəzi sahibkarlar İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilən Sahibkarlığa Yardım Milli Fond tərəfindən təqdim olunan vəsaitlərin alınması üçün müraciət edirlər. Bu üsul ilə kreditlərin alınmasına aid olan şərt, prosedur və  müddətlər barəsində məlumat "Amrahbank"ın özünün məhsullarına aid olanlardan fərqlidir. Belə ki, bu halda Bankmız yalnız bir vasitəçi kimi çıxış edir və son nəticə etibarı ilə vəsaitləri hökumət təqdim edir. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına verilən kreditlərə aid şərt və müddəalar ilə  http://www.anfes.gov.az/index.html.  ünvanında tanış ola bilərsiniz
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış