Amrahbank inkişaf edən ölkənin inkişaf edən bir bankıdır. Biz hər zaman müştərilərimizə təqdim olunan xidmətlərin çeşidi və keyfiyyətini yüksəldə biləcək,  inkişafımızda yardımçı ola biləcək tərəfdaşlıq münasibətlərini qurmaqda maraqlıyıq.

Ölkəmizin iqtisadiyyatının təqdim etdiyi imkanlardan faydalanmaq arzusunda olan və buna görə də bölgənin aparıcı və etibarlı bir Bankı ilə birlikdə çalışmağı istəyən təşkilat, maliyyə və qeyri-maliyyə qurumları ilə tərəfdaşlıq münasibətləri qurmaq, Bizim üçün hər zaman fəxrdir. İnkişafını, tarixçəsini və geniş beynəlxalq əlaqələrini nəzərə alsaq, demək olar ki, belə bir Bank rolunda məhz  Amrahbank çıxış etməyə qadirdir.

Aşağıda Sizin üçün maraq kəsb edə bilən bəzi sahələrin adları qeyd olunur:

-  Amrahbank üçün kreditlərin təqdim olunması
- "Amrahbank"a investisiya qoyuluşları
- Azərbaycanda maliyyə məhsullarının təklif edilməsi
- Pərakəndə ticarətlə məşğul olan şirkətlərlə birgə keçirilən ticarətin həvəsləndirilməsi proqramları.

Amrahbank və onun bu günə qədər qurmağa müvəffəq olduğu əlaqələr barəsində daha ətraflı məlumat əldə etmək üçün Bizim səhifəmizdəki məlumatlar ilə tanış olun. Bundan başqa, Bizimlə iş birliyində maraqlı olan şirkətlər təkliflərini  partnership@amrahbank.com.  elektron poçt ünvanına göndərə bilərlər.

Biz banklar, hökumət qurumları, avtomobillərin satışı ilə məşğul olan dilerlər, pərakəndə ticarət şəbəkələri, reklam və konsaltinq şirkətləri ilə tərəfdaşlıq əlaqələrini qurmağa, müxtəlif təklif və layihələri nəzərdən keçirməyə hazırıq. Sizin fikir və təklifləriniz müxtəlif ola bilər, təmsil etdiyiniz sahələr də biri – digərindən fərqlənə bilər. Lakin, Bankımızın fəaliyyəti və kommersiya maraqları durmadan genişlənir, artır və hər bir təklifin Bizim üçün maraq kəsb etməsi tam olaraq mümkündür. Əmin ola bilərsiniz ki, Bizimlə ünsiyyət qurduqdan sonra Sizə yalnız Bizim üçün maraqlı, hörmətli və dəyərli bir tərəfdaş kimi münasibət bəslənəcəkdir.
Cari hesablara xidmət
Kreditlər
   Biznes kreditləri
   Fərdi sahibkarlıq kreditləri
Depozitlər
Strukturlaşdırılmış maliyyələşdirmə
Sənədli əməliyyatlar
Tərəfdaşlıq üçün imkanlar
Biznes məsləhətləri
FATCA
Axtarış