Amrahbank plastik kart müştərilərinə Card-to-Card xidmətindən istifadə edərək bankomatdan pul vəsaitlərini bir kartdan digər karta daha tez, rahat və etibarlı köçürmə imkanını verir.

Köçürmələri həm bir müştərinin hesabları arasında, həm də bir müştərinin hesabından digər müştərinin hesabına aparmaq mümkündür.

 
Bu xidmətdən istifadə etməkçün bankomatla yanaşı Bankımızın elektron bank xidməti olan "İnternet-bank" dan yararlana bilərsiniz.

Bankomat vasitəsilə xidmətdən aşağıdakı qaydada istifadə edə bilərsiniz:

- Amrahbankın plastik kartlarından hər hansı birini əldə edirsiniz;
- Plasik kartınızı Amrahbankın bankomatına daxil edirsiniz;
- Kartınızın PİN kodunu daxil edirsiniz;
- Xidmətin dilini seçirsiniz;
- Ödəmələr bölməsinə daxil olub Card-to-Card xidmətini seçirsiniz;
- Köçürüləcək məbləğin valyutasını seçirsiniz;
- Vəsaiti göndərmək istədiyiniz şəxsin kartının 16 rəqəmli nömrəsini daxil edirsiniz;
- Daxil etdiyiniz 16 rəqəmli nömrənin düzgünlüyünü təsdiq etmək üçün onu yenidən daxil edirsiniz;
- Məbləği daxil edirsiniz;
- Əməliyyat həyata keçirilir çek çap olunur.

Əgər Siz vəsaiti alan tərəfsinizsə sadəcə kartınızın üzərindəki 16 rəqəmli nömrəni Sizə vəsait göndərəcək şəxsə bildirməklə heç bir xidmət haqqı ödəmədən vəsaiti ala bilərsiniz.

"İnternet-bank" sisteminin istifadə qaydalarını buradan yükləyə bilərsiniz.

Card-to-card xidmətinin tarifləri:

Pul köçürməsi zamanı Sizdən köçürülən məbləğin 0,5%-i məbləğində komissiya haqqı tutulur (minimum 0,50 AZN, 0,70 ABŞ dolları və ya 0.50 Avro). Əgər Sizin göndərmək istədiyiniz pul vəsaiti hesabınızın valyutasından fərqlidirsə aşağıdakı konvertasiya haqları tətbiq olunacaq.

EUR valyutası istisna olmaqla ölkədaxili və ölkəxarici bütün AZN hesablı plastik kartlardan digər valyutalara -2%

AZN hesablı plastik kartlardan  EUR valyutasına – 3%

EUR hesablı plastik kartlar istisna olmaqla digər valyutalı kartlardan AZN valyutasına-2%

EUR hesablı plastik kartlardan AZN valyutasına -3%

Multivalyuta əməliyyatları -0.5%

Cari hesablara xidmət
Kreditlər
   İstehlak kreditləri
   Biznes kreditləri
Plastik kartlar
   Tariflər
   Yubiley kartları
   İnternet-bank
   SMS-xəbərdarlıq
   Mobil bank
   Card-to-card
   Visa ilə imtiyazlar dünyası
   Cash by Code
   PIN Change
   3D Secure xidməti
   MasterCardMoneySend
   POS Credit xidməti
Depozitlər
   Lider əmanəti
   Güvən əmanəti
Təcili pul köçürmələri
Seyflərin icarəsi
FATCA
Axtarış