Amrahbank Sizə “İnternet-bank” xidmətini təklif edir.

"İnternet-bank" nədir?

Bu xidmətdən istifadə etməklə Siz vaxtınıza və pulunuza qənaət edərək, real vaxt rejimində günün 24 saatı öz kart və ya cari hesabınızı idarə edə və aşağıdakı əməliyyatları apara bilərsiniz:

• Plastik kart hesabınızın balansının yoxlanılması;
• Kartlar haqqında ümumi məlumatın (kartlarınızın siyahısı, növləri, adları və hər bir kartınızın hesabında mövcud olan vəsaitin məbləği) əldə edilməsi;
• Kartınız ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;
• İstənilən təqvim ayı üçün kart üzrə çıxarışın tərtib edilməsi;
• Kommunal xidmətlərin, elektrik enerjisindən istifadə haqqının ödənilməsi;
• Mobil telefon rabitəsindən istifadə haqqının ödənilməsi (Azercell, Bakcell, NarMobile, Azerfon-Vodafon);
• "Card-to-Card" xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;
• İnternet (ADSL) xidmətlərinin ödənilməsi (Azeronline, Elcell və Alfanet);
• Stasionar rabitə haqlarının ödənilməsi (Aztelekom, Azeurotel ); .
• Kartın bloklaşdırılması-əgər kartınız itərsə və ya oğurlanarsa bu xidmətdən istifadə etməklə Siz dərhal kartınızı özünüz bloklaşdıra bilərsiniz.

"İnternet-bank"  sisteminin istifadəçisi olmaq üçün nə etmək lazımdır? 

"İnternet-bank" istifadəçilərinə ATM şəbəkəsindən, həmçinin, İnternet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə edərək, Banka müraciət etmədən "Internet Banking" sisteminə qoşulmaq imkanı yaradılmışdır.

"İnternet-bank" sistemi nə dərəcədə təhlükəsizdir?

"İnternet-bank" sistemi yüksək səviyyədə müdafiə olunur:
• "İnternet-bank" da bütün ötürülən məlumat şifrlənir. 
•  İstifadəçinin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir.
• "İnternet-bank" sistemində yalnız cari iş seansı ərzində etibarlı olan birdəfəlik parollardan istifadə olunur.

"İnternet-bank" sisteminin istifadə qaydalarını buradan yükləyə bilərsiniz.

"İnternet-bank"a daxil olmaq

 

Cari hesablara xidmət
Kreditlər
   İstehlak kreditləri
   Biznes kreditləri
Plastik kartlar
   Tariflər
   Yubiley kartları
   Fankart
   İnternet-bank
   SMS-xəbərdarlıq
   Mobil bank
   Card-to-card
   Visa ilə imtiyazlar dünyası
   Cash by Code
   PIN Change
   3D Secure xidməti
   MasterCardMoneySend
   POS Credit xidməti
Depozitlər
   Lider əmanəti
   Güvən əmanəti
   Daxıl əmanəti
Təcili pul köçürmələri
Seyflərin icarəsi
FATCA
Axtarış