“Amrahbank”ın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyində göz əməliyyatları uğurla davam etdirilir


Öz ənənəvi bank fəaliyyəti ilə yanaşı Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin həyata keçirilməsini özünün prioritetlərindən biri hesab edən və bu  tədbirlərin ictimaiyyətə faydalı təşkil olunmasında daim maraqlı olan “Amrahabnk”ın Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyi ilə  ilə tərəfdaşlıq əlaqələri uğurla davam etdirilir.

Sonuncu dəfə “Amrahbank”ın maliyyə dəstəyi ilə klinikanın imkansız pasiyentləri, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1955-ci il təvəllüdlü İsmayılova Xuramanın, 1940-cı il təvəllüdlü Məmmədova Lyudmilanın, 1937-ci il təvəllüdlü Alışova Səmayənin, Abşeron rayonu, Ceyranbatan qəsəbə sakini, 1956-cı il təvəllüdlü İsmayılov Əfrayılin, Saatlı rayon sakini, 1953-cü il təvəllüdlü Cəfərova Lenanın ğözlərində katarakta əməliyyatıarı uğurla həyata keçirildi.

Xatırladırıq ki,  2019-cu il ərzində “Amrahbank”ın maliyyə dəstəyi ilə Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyinə müraciət etmiş 10-a yaxın imkansız pasiyentlərin göz əməliyyatları uğurla həyata keçirilmişdir.

Amrahbank kollektivi adından klinikanın bütün pasiyentlərinə  şəfalar diləyirik, klinikanın tibb personalına isə bu xeyirxah və şərəfli işlərində uğurlar arzu edirik.

Qeyd edək ki, bundan başqa KSM layihəsi çərçivəsində il ərzində banka müraciət etmiş onlarla insana maddi durumları ilə bağlı müxtəlif yardımlar göstərilmişdir.

Amrahbank: Sizə açıq və aydın bank!
Ümumi məlumat
Təşkilati struktur
   Səhmdarlar
   Müşahidə Şurası
   İdarə Heyəti
   Audit Komitəsinin üzvləri
   Daxili komitələr
Tarix
Missiyamız və strateji baxışımız
Korporativ idarəetmə
Filiallar şəbəkəsi
Bankomatlar
Korporativ sosial məsuliyyət
Karyera imkanları
Müxbir hesablar
Təklif və şikayətlər
Bank məlumatlarının açıqlanması
Press relizlər
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru