Amrahbank Sizin mobil telefonunuzda "SMS-xəbərdarlıq" xidmətini təklif edir. "SMS-xəbərdarlıq" İnternet-bank sisteminin əlavə xidmətlərindən biri olub, məlumatlandırma xarakteri daşıyır. Bu xidmәt vasitәsilә plastik kart hesabınızdakı bütün әmәliyyatlar barәdә real vaxt rejimindә xәbәrdar edilirsiniz.

Siz plastik kart hesabınızda aparılan hər bir növ əməliyyat haqqında məlumatı bankımız tərəfindən mobil telefonunuza göndərilən sms bildiriş vasitəsilə alacaqsınız.

"SMS-xəbərdarlıq" vasitəsilə aşağıda göstərilən növ məlumatları ala bilərsiniz:

     • Hesabınıza daxil olan ödənişlər haqqında məlumat;
     • Hesabınızdan ödənişlər haqqında məlumat;
     • Əmək haqqınızın ödənildiyini;
     • Pul köçürməsinin gəldiyini;
     • Digər kart əməliyyatları barəsində məlumat sms vasitəsilə mobil telefonunuza göndərilərək dərhal Sizə çatdırılacaq.

"SMS-xəbərdarlıq" xidmətinə qoşulma:

Xidmətə qoşulmaq çox sadədir. Bunun üçün istənilən bankomata yaxınlaşıb sistemə qoşula bilərsiniz:
     • Kartınızı  bankomata daxil edin vә kartın  PİN-kodunu yığın;
     • Bankomatın ekranında açılan menyuda veriləcək təlimatların dilini seçin;
     • Әsas menyuda “ÖDƏMƏLƏR” düymәsini seçdikdәn sonra açılan pәncәrәdә “XİDMƏTLƏR” düyməsini seçin;
     • “SMS NOTIFICATIONS” seçdikdәn sonra öz mobil nömrәnizi daxil edin; daxil etdiyiniz nömrә düzgündürsә, davam etmәk üçün müvafiq düymәni basın;
     • “TƏSDİQ ET” düymәsini seçin.

Tәsdiq әmәliyyatından sonra mobil telefonunuza xidmәtә qoşulduğunuzu bildirәn SMS mesajı gәlәcәkdir. Mesaj almadıqda “AzәriKard” şirkətinin Yardım Xidmәtinә zәng edin.

 AzeriCard Əlaqə Mərkəzi: +99412 5984697, +99412 5984376 (ölkədaxili stasionar telefonlardan zənglər pulsuzdur), 194 (yalnız stasionar telefonlardan zəng etmək üçün).

Sistemin üstünlükləri:

     • Xidmətə istənilən ATM-dən qoşulmaq imkanı;
     • Xidmətə istənilən nömrənin qoşulmaq imkanı;
     • Telefonunuzda müvafiq mobil operatorun kartını dəyişmədən;
     • Bank və Mobil Operatorların filiallarına müraciət etmədən;
     • Real vaxt rejimində məlumatın alınması;
     • Yerləşdiyiniz yerdən və vaxtdan asılı olmaması.

Xidməti necə deaktiv etmək olar?

Kartda xidmətin ləğv edilməsi üçün müştəri Bankın filiallarına müraciət etməlidir. Bank məktub ilə “AzəriKard” şirlkətinə müraciət edib müştərinin kartına bağlanan telefon nömrəsini ləğv edir.


Qeyd: Xidmət pulludur.
Axtarış
 
Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru